24 il əvvəl, 1994-cü ilin aprelin 7-də Ruandada xutular onlarla eyni ölkədə yaşayan tutsilərə divan tutmağa başladılar.

Unikal.org bildirir ki, ölkə paytaxtı Kiqalidə başlanan qırğın çox qısa zamanda bütün Ruandaya yayıldı.

Dəhşət 3 ay davam etdi. Dünya birliyi isə sadəcə, baş verənləri müşahidə etdi.

Ruandadakı soyqırım qurbanlarının sayına görə dünyada ən məşum qırğınlardan biri sayılır. 7,3 milyon əhalisi olan ölkədə cəmi 100 gün ərzində 1 milyona yaxın insan qətlə yetirildi.