Fransanın şimalında avtomobil yaşayış evinə çırpılıb.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 2-si həlak olub, 2-si isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Məlumata əsasən, evdə olan 74 yaşlı qadın hadisə nəticəsində xəsarət almayıb.