Azərbaycanın bu rayonlarında yanğın oldu.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə,  Biləsuvar rayonunun Əsgərabad kəndində ümumi sahəsi 80 m2 olan köməkçi tikilinin tavanı 15 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olumuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunun Vel kəndində uşaq bağçasının yerləşdiyi, ümumi sahəsi 160 m2 olan binanın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.