Nyu-Yorkdakı "Trump Tower binasında hələlik hansı səbəbdən baş verdiyi bilinməyən yanğın olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yağın dünən yerli vaxtla saat 18:00-da baş verib. Binanın 50-ci mərtəbəsində baş verən yanğın zamanı azı 5 nəfər xəsarət alıb. Hadisə yerinə 150-yə yaxın yanğınsöndürən maşın cəlb edilib və qısa zamanda yanğın söndürülüb.

Qeyd edək ki, bina hazırda ABŞ prezidenti Donald Trampa məxsusdur. O Nyu-Yorka gələdə sözügedən binada qalır.

Bu arada yanğınla bağlı Donald Tramp Twitter hesabında açıqlama yayıb. "Trump Tower'də yanğın oldu. Yanğın qısa zaman kəsiyində məhdudlaşdırıldı. Yaxşı inşa edilmiş bina olduğu üçün yanğının qarşısı qısa zaman kəsiyində alındı. Bunun üçün xilasedicilərə təşəkkürümü bildirirəm".