Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasından Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Qeyd edək ki, aprelin 7-də Almaniyanın Muenster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.