Aparıcı-aktyor Azər Axşam "Zaurla Günaydın" verilişinin qonağı olub.

Unikal.org axşam.az-a istinadən məlumatına görə, o, proqrama anası Pəri xanımla birlikdə qatılıb.

Pəri xanım övladlarına və gəlinlərinə qarşı ciddi olduğunu deyib:

"Çox sərtəm. Sözümün qarşısına söz qoya bilməzlər. Azər bir sözümü iki edə bilməz. Gəlinlərə qayınana kimi hörmət qoyuram. Neçə il dərs demişəm. Uşağa sakit dur deməmişəm, bir baxışım bəs olub, hamısı sakit oturub. Sinifdə uşaqları qoyub getmişəm, direktor bilməyib".