Neftçala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü yerli sakin Rəhimov Yavər Talış oğlu rayonun Şorkənd kəndi ərazisində yol ilə gedərkən naməlum minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarəti alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.