Gəncədə göldə batan uşaq xilas edilib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib.

Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar.

Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.