Bu vaxtlar Demet Akal və digər məşhur qadın müənnilərlə yaşadığı polemiklarla gündəmə gələn İbrahim Tatlısəs bu dəfə müğənni Hadisə ilə gündəmə gəlib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hadisə Türkiyədə yeni məşhurlaşmağa başladğı dövrlərdə İbrahim Tatlısəsin proqramına qonaq olub. Tatlısəs, gözəl müğənniyə israrla sevgilisi olub olmadığını soruşur. Hadisə bu mövzuda danışmaq istəmədiyi zaman, topu Serdar Ortaca verən Tatlısəs ondan belə cavab alır: "Hadisə mənim bacımdır.

Sərdara isə Tatlısəs belə cavab verib: "Sənin bacını da mən sevirəm.

İbrahim Tatlısəsin Hadisəyə eşq elan etdiyi görüntülər yotube səhifəsində 1 milyondan çox izlənilib.