Aprelin 8-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və DİN-in -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

Unikal.org xəbər verir ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə çay sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.