Masallıda bıçaqlanaraq qəilə yetirilən şəxsin kimliyi məlum olub. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, həmin kənd sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlin hansı şəraitdə baş verməsi məlum deyil.

Hadisəni törədən artıq polis tərəfindən saxlanılıb.

21:24

Masallıda bıçaqlanma olub. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb. Bıçaqlanan şəxs dünyasını dəyişib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Hazırda hadisənin təfərrüatları və ölən şəxsin kimliyi araşdırılır.