Qusarda yanğın olub. 

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.