Neftçala sakini özünü asaraq intihar edib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, intihar etmiş şəxs rayonun Xıllı kənd sakini 1952-ci il təvəllüdlü Zülfəliyev Ələkbər Saleh oğludur.

Onun asılmış meyiti evin həyətindəki yardımçı tikilidə yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıb.