Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.

Unikal.org xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Reportun sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt Yaşıllaşdırma idarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi "Opel Astra markalı avtomobillə vurulub. V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

10:41

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aıdığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır