Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında "Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib.

Unikal.org apa-ya istindən xəbər verir ki, Emin Əfəndiyev aprel ayından yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2015-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə bankında, "Bank MBA-Moskva"da İdarə Heyətinin sədri vəzifəsində işləyib.

Xatırladaq ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında "Bank "MBA-Moskva, "ABB-Gürcüstan və "Biznes-Rabitə MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.