Bakı metrosunun "Koroğlu" stansiyasında sərnişin qatar yoluna düşüb.

Unikal.org xəbər verir ki, hadisə sərnişinlərin metroda sıxlıq təşkil etdiyi vaxta təsadüf edib. 

Bu barədə Bakı Metropoliteninin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib:

"Bu gün "Koroğlu"nun ən pik vaxtında sərnişinin telefonu relslərin üzərinə düşüb.  O da eləmə tənbəllik, bir göz qırpımında düşüb telefonu götürüb çıxıb. Təbii ki, o qədər adam olub ki, onun bu hərəkətini bir çox insan, hətta bizim nəzarətçi də görməyib. Belə etmək olmaz, qadağandır. Həmin şəxs yaxınlaşıb bizim işçiyə ki, bəs, mən düşüb telefonu götürüb çıxdım. Həqiqətən, çox vicdanlı sərnişin olub. Baxmayaraq ki, bizim növbətçi polis çağırıb onu təhvil verib polisə. Yəqin inzibati tənbeh edib, buraxacaqlar".