"Bu il Azərbaycanda 34 min yeni iş yeri yaradılıb.

Unikal.org xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, 2018-ci ilin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb: "Qeyri-neft sektorunda, sənaye istehsalında, qeyri-neft sənayesində və kənd təsərrüfatında ciddi artım əldə olunub. Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub.

Prezident bildirib ki, bu il Azərbaycana 7 dövlət və hökumət başçısı səfər edib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb.

Dövlət başçısı bildirib ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı konfransında qəbul edilən qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir.