Bu ilin I rübündə Azərbaycanda iqtisadi artım illik müqayisədə 2,3% təşkil edib.

Unikal.org bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən qeyri-neft sektoru 3% böyüyüb.

Xatırladaq ki, 2018-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3% artaraq 11 541,5 mln. manat təşkil edib.