Bu gün Hindistanın Ximaçal-Pradeş əyalətində ağır yol qəzası nəticəsində26 uşaq ölüb.

Unikal.org-un məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Şagirdlərin olduğu məktəb avtobusu yoldan çıxaraq 30 metr hündürlükdən dərəyə yuvarlanıb və çevrilib. Qəzanın səbəbi açıqlanmır. Hadisə yerində xilasetmə əməliyyatı hazırda davam edir.

Telekanalın məlumatına görə, avtobusda özəl məktəbin 40 nəfərV və aşağı sinif şagirdləri olub.