Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşması olacaq.

 Unikal.org  xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin daha da artacaq.

 Onun sözlərinə görə, yaxın saatlarda və 11 apreldə G1 sinifli qasırğa gözlənilir: "Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü "tac dəliyindən başlanğıcını götürən yüksək sürətli və neqativ polyarlığa malik Günəş plazma küləyinin təsiridir. "Tac dəliklərindən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda "günahkar plazma küləyini sürəti 515 km/saniyə-dir.