"YouTube haker hücumuna məruz qalıb və aralarında ən çox izlənən video - "Despacito mahnısının klipi də daxil olmaqla, bir çox populyar video silinib.

Unikal.org xəbər verir ki, hücumu özünü "Prosox and Kuroi'sh adlandıran fələstinli haker qrupu həyata keçirib.

Puerto Rikodan olan ifaçılar Luis Fonsi və Deddi Yankinin "Despacitosu ilə bərabər Şakira, Teylor Svift, Selena Qomes, reper Dreyk və digər tanınmış sənətçilərin klipləri də silinib. Əslində hakerlər bu kliplərin yerləşdirildiyi "Vevo platformasının musiqi səhifələrini "sındırıblar, nəticədə oradakı videolar yoxa çıxıb.

Hakerlərin motivləri məlum deyil, lakin onlardan biri deyib ki, bunu sırf əyləncə xətrinə edib: "Məni mühakimə etməyin, mən "YouTubeu sevirəm.

Qeyd edək ki, 2017-ci ilin yanvarında "YouTubea yerləşdirilən "Despacito klipi 5 milyard dəfədən çox izlənib və 26 milyondan çox like yığıb.