Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası prezident seçkilərini müşahidəyə start verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, rumıniyalı parlamentar Viorel Rişard Badeanın rəhbərlik etdiyi missiyanın üzvləri Bakıda və regionlarda səsvermə prosesini izləməyə başlayıblar.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 20 saylı Nərimanov II Seçki Dairəsinin 5 saylı məntəqəsində səsvermə prosesini izləyib.