Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov səs verib.

Unikal.org-un məlumatına görə, Elman Rüstəmov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin Bakı Slavyan Universiteti nəzdində 4 nömrəli məktəb-lisey kompleksi seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Maliyyə naziri Samir Şərifov da Azərbaycanda keçirilən prezident seçkilərində səs verib.

O, 36 saylı Xətai 4-cü seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.