"Azərbaycanda ehtiyatlı iqtisadi siyasəti bundan sonra da davam etdirməliyik".

Unikal.org report-a istinadən verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Azərbaycan hökuməti iqtisadi siyasətini neftin qiyməti ilə sıx bağlamamağa çalışır. Bu ilin dövlət büdcəsində neftin qiyməti bazar qiymətindən xeyli aşağı götürülüb. Hesab edirəm ki, bu ehtiyatlı iqtisadi siyasət bundan sonra da davam etdiriləcək", - deyə o, qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması və bu çərçivədə Bankın toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırıb: "Bu da imkan verir ki, Bankın özəlləşdirilməsi məsələsi daha da aktuallaşsın. Məsələ ilə əlaqədar ölkə prezidentinin müvafiq sərəncamı var, nəzərdə tutuilub ki, sağlamlaşdırma prosesi başa çatdırıldıqdan sonra bank özəlləşdirməyə açıq elan oluna bilər. Bu prosesin həyatan keçirilməsi müəyyən hazırlıq işlərin tələb edir. Bankın maliyyə vəziyyəti artıq tam sabitdir, 2017-ci ilin yekunlarına dair hesabat dərc ediləcək. Bu da onu göstərəcək ki, Bank artıq gəlirli maliyyə institutuna çevrilib. Beləliklə özəlləşdirmə ilə hazırlıq işlərinə start verilə bilər. Ancaq bu iş vaxt aparan prosesdir, çünki müxtəlif variantlardan biri seçilməlidir".