Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq.

Unikal.org xəbər verir ki, "Bavariya" səfərdə 2:1 hesabıyla məğlub etdiyi "Sevilya"nı qəbul edəcək. İlk matçdakı nəticə Münhen klubunun şansının çox olduğunu göstərir. Ancaq Vinçentso Montellanın yetirmələri artıq bir dəfə - 1/8 finalda futbol həvəskarlarını təəccübləndirməyi bacarıb. Əndəlus təmsilçisi "Mançester Yunayted"lə evdə qolsuz bərabərə qaldıqdan sonra səfərdə, "Old Trafford"da İngiltərə nəhəngini məğlub edərək (2:1) 1/4 finala vəsiqə qazanmışdı. "Bavariya"nın ispanların bu qəhrəmanlığını təkrarlamasına imkan verib-verməyəcəyi "Alyans Arena"dakı oyundan sonra bəlli olacaq.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

10 aprel

22:45 Mançester Siti (İngiltərə) - Liverpul (İngiltərə) 1:2

Qol: Qabriel Xesus, 2 - Məhəmməd Salah, 56. Roberto Firmino, 77.

Cəzalı: Cordan Henderson (Liverpul)
Zədəli: Danilo, Con Stounz (hamısı MS), Benjamin Mendi (şübhəli, MS), Jo Qomes, Joel Matip, Adam Lallana, Əmrə Can (hamısı "Liverpul), Alberto Moreno, Endi Robertson (şübhəli, hamısı "Liverpul)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Yer: Mançester. "Siti of Mançester stadionu
İlk oyun: 0:3

22:45 Roma (İtaliya) - Barselona (İspaniya) 3:0

Qol: Edin Dzeko, 6. Daniele De Rossi, 58-pen. Kostas Manolas, 82.

Cəzalı: Yoxdu
Zədəli: Rik Karsdorp, Dieqo Perotti (hamısı "Roma), Luka Pelleqrini, Cengiz Ünder (şübhəli, hamısı "Roma), Lukas Din, Serxio Busqets (şübhəli, hamısı "Barselona)
Baş hakim: Kleman Türpen (Fransa)
Yer: Roma. Olimpiko stadionu
İlk oyun: 1:4

11 aprel

22:45 Real (İspaniya) - Yuventus (İtaliya)
Cəzalı: Serxio Ramos (Real), Rodriqo Bentankur, Paulo Dibala (hamısı "Yuventus)
Zədəli: Naço (Real), Xesus Vallexo, Lukas Vaskes (şübhəli, hamısı "Real), Federiko Bernardeski, Andrea Barsalyi (şübhəli, hamısı "Yuventus)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Yer: Madrid. "Santyaqo Bernabeu stadionu
İlk oyun: 3:0

22:45 Bavariya (Almaniya) - Sevilya (İspaniya)
Cəzalı: Yoxdu
Zədəli: Manuel Noyer, Kinqsli Koman (hamısı "Bavariya), David Alaba, Arturo Vidal (şübhəli, hamısı "Bavariya), Sebastiyan Korşya, Qabriel Merkado, Simon Kyaer, Xoakin Korrea (şübhəli, hamısı "Sevilya)
Baş hakim: Vilyam Kollum (Şotlandiya)
Yer: Münhen. "Alyans Arena
İlk oyun: 2:1

Bombardirlər: Ronaldo (Real) - 14, Firmino (Liverpul) - 8, Ben Yedder (Sevilya) - 8, Kavani (PSJ) - 7, Keyn (Tottenhem) - 7.