Yuxarı Şirvan kanalının Göyçay rayonunun Cəyirli kəndindən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb.

Unikal.org apa-ya istinadən xəbərinə görə, kənd sakinləri kanalda meyit görərək rayon Polis Şöbəsinə məlumat veriblər.

Orta yaşlarda olan kişi meyiti sudan çıxarılıb. Meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilir.