NATO-nun baş katibi Yens Stoltenberq gələn həftə Türkiyəyə rəsmi səfəri gözlənilir. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, baş katibin səfəri aprelin 16-da baş tutacaq. 

Y. Stoltenberq səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşlərdə Türkiyə-NATO əlaqələri, "Zeytun budağı" hərbi əməliyyatı, terrorla mübarizə, NATO-nun Brüssel zirvəsinə hazırlıq və regional məsələlərin müzakirə edilməsi gözlənilir.