Türkiyənin nüfuzlu xəbər saytları və agentlikləri İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikası seçilməsi ilə bağlı xəbər yazıb.

Unikal.org məlumat verir ki, xəbərlərdə Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin  rekord, 82%-dən çox səs toplayaraq yenidən ölkə başçısı seçildiyi qeyd olunur.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası səsvermənin nəticəsində 82 faizdən çox səs toplamasından sonra qalibiyyət münasibətilə bayram şənliyi başlayıb. Partiyanın mərkəz binası qarşısında konsert keçirilir.