"Azərbaycan keçirilən prezident seçkiləri sakit şəkildə keçirilib. Səsvermə standartlara cavab verən şəraitdə baş tutub. Heç bir xoşagəlməz hala yol verilməyib. Bu da ölkədə seçki mədəniyyətinin olmasının göstəricisidir".

Unikal.org-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, bütün proseslər qanunvericiliyə uyğun həyata keçirilib.

"Gün ərzində polisin fəaliyyəti ilə bağlı seçki komissiyalarına heç bir narazılıq daxil olmayıb. KİV nümayəndələri gün ərzində ölkə ərazisində səsvermə prosesinin necə getməsi barədə aydın məlumat verdilər".