Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, S.Jeenbekovun təbrikdə deyilir "Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin!" - təbrikdə deyilir.

S.Jeenbekov vurğulayıb ki, İlham Əliyevin inamlı qələbəsi Azərbaycan xalqının Prezidentin ölkənin sabit və hərtərəfli inkişafına yönəlmiş kursuna tam inanmasının göstəricisidir.

O, həmçinin birgə səylər nəticəsində Qırğızıstan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət və inam əsasında daha da güclənəcəyinə, dərinləşəcəyinə əminliyini ifadə edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi yenidən dövlət başçsı seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçirilib. Prezidentlik uğrunda 8 namizəd mübarizə aparıb.

MSK-nın ilkin məlumatına görə, hazırkı prezident İlham Əliyev seçicilərin 86%-nin səsini toplamaqla siyahıya liderlik edir.