Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Baş tutan seçkilərdə qazandığınız qələbə xalqın Sizin vətəndaşların rifahının yaxşılaşdırılmasına və beynəlxalq arenada ölkənin nüfuzunun möhkəmlənməsinə yönəlmiş yürütdüyünüz siyasəti dəstəklədiyini sübut edir", - təbrikdə deyilir.

O, həmçinin İlham Əliyevin dostluq və etimad əsasında Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd edib.

"Əminəm ki, iki ölkə arasında mövcud strateji əməkdaşlıq xalqımızın işıqlı gələcəyi naminə dinamik inkişaf etməkdə davam edəcək", - təbrik mətnində deyilir.

Sonda Qazaxıstanın dövlət başçısı qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.