Xəbər verdiyimiz kimi,  Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə konsert keçirilib.

Unikal.org-un məlumatına görə, prezidentinin ailə üzvlərinin də qatıldığı tədbirdə bir çox incəsənət adamları da iştirak edib.

Onlar gecədə mahnılarını səsləndirməklə yanaşı, prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə şəkillər çəkdirərək onları sosial şəbəkədə paylaşıblar.