Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani Azərbaycan Prezidenti İlham Əliyevi ölkədə keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevi əmirin müavini Şeyx Abdulla bin Həməd əl-Tani də təbrik edib.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçirilib. Dövlət başçısı vəzifəsi uğrunda səkkiz namizəd mübarizə aparıb. Səsvermədə seçicilərin 86.03% səsini toplayan Prezident İlham Əliyev qələbə qazanıb.