Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, təbrikdə Q.Berdıməhəmmədov İlham Əliyevin qələbəsi Azərbaycan xalqının onun yürütdüyü, dövlətçiliyin və ölkənin sosial-iqtisadi inkişafının möhkəmləndirilməsinə yönəlmiş siyasətə verdiyi yüksək dəstəyin göstəricisi olduğunu bildirib.