"Mart ayından mayın sonuna qədər bəzi insanlarda allergik xəstəliklər daha çox özünü göstərir. Bunun da səbəbi yaz fəslində ağacların çiçəklənməsi ilə bağlıdır".

Unikal.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, insanlar vaxtında həkimə müraciət etməlidir ki, bu dövrü yüngül keçirə bilsinlər: "Bu sinir sistemi xəstəliyi olmadığından insanların iflic keçirməsinə səbəb olmur. Azərbaycanda bu xəstəlik geniş yayılıb. Çox zaman insanlar bunu qrip sayırlar. Ona görə də düzgün müalicə metodu lazımdır".

Baş allerqoloq qeyd edib ki, allergik xəstəliyin ağırlaşmış forması bronxial asmaya gətirib çıxara bilər: "Geniş yayılmış növ bronxial asmadır. Əhalinin 10 faizinə qədərində bu xəstəlik müşahidə olunur".