Tula şəhərindən dəvət olunmuş ixtisaslaşmış cərrahlar aprelin 18-22-də "Baku Medical Plazanın Babək filialında olacaqlar. Onlar Uşaq serebral iflicinin müalicə və reabilitasiyası üçün xəstə qəbulu və əməliyyatları həyata keçirəcəklər.

Unikal.org xəbər verir ki, həyata keçirilən 15 dəqiqəlik əməliyyat nəticəsində əzələlərin elastikliyi bərpa olunur və hərəkətlərin həcmi xeyli artır. Əməliyyat aşağı və yuxarı ətraflarda həyata keçirilir. Tula şəhərindən gəlmiş həkimlər bu yeganə üsulla 20-dən artıq ölkədə uşaq serebral iflic xətəliyindən əziyyət çəkən uşaqlara əməliyyat vasitəsi ilə yardım ediblər.