"Barselona "Nou-Kamp stadionunda rekonstruksiya işlərinin aparılması üçün şəhər rəhbərliyi ilə razılıq əldə edib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı "Barselonanın prezidenti Xosep Maria Bartomeu verib:

"Bu, klubun və şəhərin ehtiyaclarını birləşdirəcək balanslı bir təklifdi. Yeni "Nou-Kamp" Barselona sakinləri, turistlər üçün yaşıl sahələri olan geniş və xoş bir yerə çevriləcək.

Stadiondakı rekonstruksiya işlərinə 600 milyon avro sərf olunacağı gözlənilir. İşlər 2019-cu ilin yayından başlayacaq. Yenilənmiş arena 2012/22 mövsümünün sonunda hazır olacaq. Rekonstruksiya işlərindən sonra stadionun tutumu 95 mindən 105 minə qədər artacaq.