İranın ali dini rəhbəri ayətullah Əli Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. 

Unikal.org xəbər verir ki,  Ə. Xamenei öz ölkəsinin mətbuatına açıqlamasında ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb:

"Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir. 

O qeyd edib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.