İctimai Nəzarət Koalisiyası və ona daxil olan qurumların rəhbərləri hüquq elimlər doktoru, professor İlham Rəhimov və Valeh Abbasovla görüşüblər.

Unikal.org xəbər verir ki, İctimai Nəzarət Koalisiyası İH-nin sədri Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzi İB rəhbəri Rasim Məmmədov, İNK Hüquq Departamentinin rəhbəri Şəfəq Əmrahova və başqalarının da qatıldığı rəsmi görüşdə maraqlı müzakirə və söhbətlər olub.

Görüşdə müştərək əlaqələrin yaradılması, diaspor quruculuğu, işgüzar münasibətlərin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Sonda hüquq elmləri doktoru, professor İlham Rəhimov qonaqlara elmi-hüquqi yaradıcılığını əks etdirdiyi, ondan çox dilə tərcümə olunan kitablar bağışlayıb.