ABŞ-ın Suriyaya Türkiyənin Adana vilayətində yerləşən İncirlik hərbi bazasında zərbələr endirməsi ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Unikal.org xəbər verir ki, Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ yayılan məlumatların həqiqətə uyğun olmadığını dilə gətirib: "ABŞ İncirlik hərbi bazasından istifadə etməyib.

Bəkir Bozdağ ABŞ, İngiltərə və Fransanın Suriyaya zərbələr endirməsinə də münasibət bildirib: 

"Bu məsələ siyasi yollarla çözülməlidir və əks halda bunun nəticəsi qanla bitəcək.

Bəkir Bozdağ koalisiya qüvvələrin Suriyaya zərbələr endirəcəyindən əvvəlcədən xəbərdar olduğunu da dilə gətirib: 

"Hörmətli ABŞ prezidenti Donald Tramp və hörmətli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə iki ölkənin qərargah rəisləri görüşüblər. Bu məsələ orada müəyyənləşib.