Mingəçevir şəhərindəki köçkün şəhərciyində bir nəfər bir qrup şəxs tərəfindən döyülüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə köçkün şəhərciyində, 4 saylı binada qeydə alınıb. Məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Yavər oğlu Orucov bir qrup şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.