Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.

Unikal.org xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd Əl-Nenni ən yaxşı oyunçu seçilib.

Misirli yarımmüdafiəçi Avroliqanın 1/4 finalının CSKA ilə səfərdə keçirilən cavab matçında (2:2) hər iki qolun ötürməsini verib.