Bu gün Ermənistanın hakim partiyası - Respublika Partiyasının icra orqanının iclası keçirilib.

Unikal.org-un "news.am saytına istinadən verdiyi xəbərə görə, iclasda Ermənistanın hakim Respublikaçılar Partiyası ölkənin baş naziri postuna sabiq prezident Serj Sarqsyanın namizədliyini rəsmi olaraq irəli sürüb. Onun bu posta namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Təklif partiya sədrinin müavini, baş nazir Karen Karapetyan tərəfindən verilib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanı namizədliyini irəli sürəcək. Aprelin 17-də isə parlamentdə baş nazir seçiləcək.

Qeyd edək ki, aprelin 13-də Yerevanda Serj Sarqsyanın baş nazirliyə nazmizədliyinin təsdiqlənməsinə qarşı etiraz aksiyası balşayıb. Aksiya iştirakçılar parlamentin qarşısında fasiləsiz aksiya keçirir.

Onu da bildirək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.