Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, rayonun Yeni Zod kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Röyal Baloğlan oğlu qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduiğu bildirilir.

R. Məmmədov ilkin ifadəsində bildirib ki, özü-özünü bıçaqlayıb. 

Faktla bağlı araşdırma aparılır.