"ABŞ, Böyük Britaniya və Fransanın raket zərbələri Suriyada müəyyənləşdirilmiş bütün hədəfləri məhv edib.

Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Pentaqonda keçirilən xüsusi brifinqdə qurumun rəsmi nümayəndəsi Dana Uayt deyib. "Raketlər seçilmiş hər hədəfi uğurla vurub, - deyə o, söyləyib.

D. Uayt qeyd edib ki, ABŞ Suriyada münaqişəni qızışdırmaq istəmir, lakin Vaşinqton beynəlxalq normaların pozulması ilə barışmayacaq: "Biz münaqişə axtarmırıq, lakin beynəlxalq qanunların bu cür dəhşətli şəkildə pozulmasına yol verə bilmərik. Bizim Suriyada məqsədimiz əvvəlki kimidir: İŞİD-i məğlub etmək.