BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsində Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunub.

Sənədlə bağlı səsvermə Suriyanın ABŞ, Fransa və Britaniya tərəfindən bombalanmasından sonra Moskvanın təşəbbüsü ilə çağırılan BMT TŞ-in iclası zamanı keçirilib.

Rusiya, Çin və Boliviya qətnamənin qəbul edilməsini dəstəkləyib. Səkkiz ölkə sənədin "əleyhinə səs verib, dörd ölkə "bitərəf qalıb.