Almaniya və Fransa Suriya üzrə danışıqlarda yeni format təklif ediblər

 Almaniya və Fransa Suriya üzrə danışıqlarda münaqişənin nizamlanmasını təmin edə biləcək  nüfuzlu dövlətlərdən ibarət yeni formatın yaradılmasını təklif ediblər. Unikal.org-un  "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN rəhbəri Hayko Maas bildirib.   

 "Fransa ilə birlikdə siyasi prosesə yeni qüvvə verə biləcək nüfuzlu dövlətlərdən ibarət beynəlxalq formatın yaradılması ilə məşğul olacağıq, - deyə Maas Berlində jurnalistlərə bildirib.  "Cenevrə, Astana və Soçidəki danışıqlar münaqişənin siyasi nizamlanmasını yaxınlaşdıra bilmədi, - deyə nazir əlavə edib.