ABŞ Suriyanın Duma şəhərində aprelin 7-də xlor və zarindən istifadə edildiyini sübuta yetirə biləcək informasiyaya malik olduğunu bəyan edib.

 Unikal.org "RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ötən gün jurnalistlərə ABŞ prezidenti administrasiyasının nümayəndəsi bildirib.

 "Malik olduğumuz informasiya xlor və zarindən istifadə edildiyinə işarə edir, bu vasitələr kimyəvi silah hesab edilir, - deyə məmur qeyd edib.  

 Qeyd edək ki, bundan əvvəl Qərb Dəməşqi Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Buna cavab olaraq ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.