Ukraynanın paytaxtı Kiyevdə ikinci partlayış törədilib.

Unikal.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə "Kievenerqo" şirkətinin binasının yaxınlığında olub.

İlkin məlumata görə, partlayış qumbara vasitəsilə törədilib. Partlayış zamanı binanın fasadı zərər çəkib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Ukrayna polisi partlayışın başvermə şəraitini və səbəbini araşdırır. Bunun növbəti hadisə olduğu qeyd edilir.