Əfqanıstanın şərqində yerləşən sərhəd-keçid məntəqəsində "Taliban" terrorçularının hücumu zamanı 4 polis ölüb, daha 5-i yaralanıb.

Unikal.org   RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli məmura istinadən 1TV telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum Qəzni əyalətinin Caqatu rayonunda baş verib.